2003-09-06 Çin Xalq Respublikasının nümayəndə heyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində olmuşlar

Новости

2003 Sep

6 sentyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev Çin Xalq Respublikasının nümayəndə heyyətini – Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Tszya Çunvan, Süy Fa, Heyluntszyan əyalətinin Baş prokuroru So Meydun, Tizilin əyalətinin Baş prokuroru Sin Yuybao, Daxili Monqoliya muxtar rayonun Baş prokuroru Maymayti Yuysupu, Sin Tszyan muxtar rayonunun Baş prokuroru Çcan Sintsze, ÇXR Ali Baş Prokuroluğu Xarici işlər bürosunun Baş müdiri E Fen, ÇXR Ali Baş Prokurorluğu Xarici işlər bürosunun şöbə müdiri Süy Syançun, ÇXR Ali Baş Prokurorluğu Mühüm işlər ofisinin əməkdaşı ilə görüş keçirmişdir.

Cənab Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin səlahiyyətləri, Konstitusiya Məhkəməsinin qəbul etdiyi son qərarlar, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququnu nəzərdə tutan Konstitusiyaya edilmiş dəyişikliklər barədə qonaqlara məlumat vermişdir.

Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru cənab Tszya Çunvan Çin Prokurorluğunun strukturu, səlahiyyətləri, onun Çin cəmiyyətinin inkişafında rolu, məhkəmə orqanları ilə qarşılıqlı münasibətləri və digər məsələlər barədə danışmışdır.

Görüşdə həmçinin Azərbaycan Respublikası Baş Prokurorunun müavini cənab Eldar Nuriyev iştirak etmişdir.