23.07.2026
2026-cı il iyul ayının 25-də Konstitusiya Məhkəməsinin
sabiq hakimi, hüquq elminin və konstitusiya ədalət mühakiməsinin inkişafına dəyərli
töhfələr vermiş Mahir Muradovun anadan olmasının 70 illiyi tamam olur.
Mahir Muradov yüksək hüquqi
biliyi, peşəkarlığı, prinsipiallığı və məsuliyyətli fəaliyyəti ilə yanaşı, zəngin
insani keyfiyyətləri, yüksək mənəvi dəyərləri, təvazökarlığı, ziyalılığı ilə həmkarlarının
və onu tanıyan
hüquqşünasların
və hər
kəsin dərin
hörmətini
qazanmışdır. O, qanunun aliliyinə, ədalət prinsiplərinə və dövlətçilik
ideallarına daim sadiq qalaraq konstitusiya ədalət mühakiməsinin formalaşması və
inkişafı istiqamətində mühüm xidmətlər göstərmiş, səmərəli fəaliyyəti ilə hüquq
ictimaiyyəti arasında özünəməxsus iz qoymuşdur.
Mahir Muradovun əziz xatirəsi Konstitusiya Məhkəməsinin
kollektivi tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilir.
Anadan olmasının 70 illiyi münasibətilə onun nümunəvi şəxsiyyətini, zəngin mənəvi
irsini yüksək peşəkar hüquqşünas kimi dərin hörmətlə anır, xatirəsini daim əziz
tutduğumuzu bildiririk.
Allah rəhmət eləsin!
