Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Новости

2026 Jul

15.07.2026

Konstitusiya Məhkəməsi  Palatasının  növbəti iclası keçirilib.

İclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. 

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 6-na təyin edilmiş iclasında baxılacaq.