26.01.2026
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və «Konstitusiya
Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, “İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin həmin Qanunun məqsəd
və prinsiplərinə, Azərbaycan Respublikasının Konstitusiyasının 12, 16, 35 və
149-cu maddələrinin müvafiq hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq,
Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 18-nə təyin edilmiş iclasında baxılacaq.
