Konstitusiya Məhkəməsində Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasının magistrantları ilə görüş keçirilib

Новости

2025 Dec

09.12.2025

Dekabrın 9-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasının magistrantları ilə görüş keçirilib.

Görüş zamanı Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları tərəfindən Konstitusiya Məhkəməsinin praktiki fəaliyyəti, qərarların qəbuletmə proseduru və Plenum tərəfindən qəbul edilmiş qərarlarda əks olunmuş bəzi hüquqi mövqelər, konstitusiya ədalət mühakiməsi sahəsində beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı barədə məlumat verilib.

Qonaqlar səmimi qəbula görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlığını bildirərək, Azərbaycan Respublikası Ədliyyə Akademiyasında stajkeçmə proqramını yüksək qiymətləndirmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra suallar vermişlər.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.