Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib

Новости

2025 Nov

19.11.2025

Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk və Aparat rəhbəri Anar Babayev Şimali Kipr Türk Cümhuriyyəti Ali Məhkəməsinin sədri Bertan Özerdağın dəvəti ilə Şimali Kipr Türk Cümhuriyyəti Ali Məhkəməsinin 60 illik yubileyi ilə əlaqədar keçirilən “Konstitusional söz azadlığı ilə sosial medianın kəsişməsi” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Girne şəhərinə səfər ediblər.

Tədbirdə “Avropa İnsan Hüquqları Məhkəməsi və Türkiyə Konstitusiya Məhkəməsi qərarlarına görə ailə həyatına hörmət mənasında ailə bütövlüyü”, “Rəqəmsal dövrdə unudulma haqqı və ədalət mühakiməsinin konstituosinal dialoqu: Şimali Kipr Türkiyə Cümhuriyyətinin perspektivi”, “Konstituosinal ifadə azadlığı və sosial media” mövzularında məruzələr səsləndirilib, hüquqi məsələlər üzrə fikir mübadiləsi aparılıb.