01.09.2025
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının
növbəti iclası keçirilib.
İclasda Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və «Konstitusiya Məhkəməsi
haqqında» Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin
23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinin şərh edilməsinə
dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul
olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin
iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 25-nə təyin edilmiş
iclasında baxılacaq.
