22.08.2023
Görüşdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul ediləndən sonra, 1998-ci ildə Konstitusiya Məhkəməsinin formalaşdırılması və fəaliyyəti haqqında məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında əlaqələr bütün sahələrdə daima uğurla inkişaf edir. Həmin əlaqələrin inkişafı həmçinin məhkəmə-hüquq sahəsində də müşahidə edilir.
Qeyd edilib ki, Azərbaycan və Tacikistan Konstitusiya məhkəmələri arasında həm ikitərəfli formatda, eləcə də Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası, həm də Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyası çərçivəsində məhkəmə-hüquq əməkdaşlığını həyata keçirirlər.
Qonaqlar səmimi görüşə görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlığını bildirərək, Tacikistan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq, Azərbaycan Respublikası ilə məhkəmə-hüquq əməkdaşlığını yüksək qiymətləndiriblər.
Söhbət zamanı ətraflı fikir mübadiləsi aparılıb, hüquqi məsələlər müzakirə olunub.
Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkilib.