Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasında iştirak edib

Новости

2023 Mar

18.03.2023

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində martın 18-də Konstitusiya  Məhkəməsinin kollektivi Qaradağ rayonu Müşfiqabad qəsəbəsində  ağacəkmə aksiyası keçirib.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, həmçinin, yaşıllıqların və parkların salınması ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaqla ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir. Ölkəmizdə digər sahələrə olduğu kimi ekologiyaya olan qayğı bu gün də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir, yaşıllaşdırma siyasəti istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aksiya zamanı  qeyd olunan ərazinin iqlim şəraitinə uyğun müxtəlif növ yüz ədəd ağac əkilib.