Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Braziliya Federal Ali Məhkəməsinin sədri Antonio Sezar Peluzonun dəvəti ilə yanvarın 16-dan 19-dək Rio-de Janeyro şəhərində konstitusiya məhkəmələrinin II Dünya Konqresində iştirak etmişdir.
Braziliyanın Federal Ali Məhkəməsi ilə Avropa Şurası Venesiya Komissiyasının birgə keçirdiyi Konqresi açan Braziliyanın vitse-prezidenti Mişel Telmar iştirakçıları salamlamış, konstitusiya məhkəmələri arasında beynəlxalq məhkəmə-hüquq əməkdaşlığının vacibliyini qeyd etmişdir.
Sonra Konqres öz işinə başlamış, hakimlərin müstəqilliyi və qərəzsizliyi, məhkəmə icraatı çərçivəsində insan hüquqları, konstitusiya şikayəti və digər məsələlər müzakirə edilmişdir.