AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər üzrə birmandatlı
26 saylı Birinci Nəsimi seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş
yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında
26 fevral 1999-cu il Bakı şəhəri
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Salmanova, Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi V.Zeynalovun,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri C.Vəliyevin, MSK-nın katibi İ.Abbasovun, deputat seçilmək haqqında vəsiqə almış Z.Sərdarovun iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 86 və 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üsulunda Azərbaycan Resublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 26 saylı Birinci Nəsimi seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş yeni seçkilərin nəticələrinin elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 fevral 1999-cu il tarixli 106/404 saylı qərarına əsasən yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında konstitusiya işinə baxdı.
Hakim B.Qəribovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni nümayəndəsi İ.Abbasovun çıxışını dinləyib, müzakirə edərək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
M Ü Ə Y Y Ə N E T D İ:
""Azərbaycan Respubikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 74 və 80-ci maddələrinə əsasən 21 fevral 1999-cu il tarixdə birmandatlı 26 saylı Birinci Nəsimi seçki dairəsində yeni seçkilər keçirilmişdir. Seçki ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən Konstitusiya Məhkəməsinə 26 saylı Birinci Nəsimi birmandatlı seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələri haqqında dairə seçki komissiyasının 21 fevral 1999-cu il tarixli protokolu, Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Sərdarov Zakir Həsən oğlunun şəxsi vərəqəsi, 26 saylı Birinci Nəsimi seçki dairəsinin Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədlərin qeydə alınması haqqında Dairə seçki komissiyasının 21 fevral 1999-cu il tarixli 4 saylı protokolu, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 26 saylı Birinci Nəsimi seçki dairəsində yeni seçkilər üçün deputatlığa namizəd göstərilmiş şəxslərin siyahısının elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 yanvar 1999-cu il tarixli 104/397 saylı və Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə birmandatlı 26 saylı Birinci Nəsimi seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş yeni seçkilərin nəticələrinin elan edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 fevral 1999-cu il tarixli 106/404 saylı qərarları təqdim edilmişdir. Sənədlərdən məlum olur ki, seçki dairəsinin 39 seçki məntəqəsində seçici siyahılarına daxil edilmiş 47. 620 seçicinin 31. 494 nəfəri yaxud 66,01 faizi səsvermədə iştirak etmişdir. Onların 24. 266 nəfəri yaxud 77,5 faizi Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizədlərdən Zakir Həsən oğlu Sərdarovun lehinə səs vermişdir. Bu isə ""Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsi ilə müəyyənləşdirilmiş şərtlərə uyğundur. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ""Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında"" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinin tələblərinə də riayət edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, ""Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 72, 75, 76, 78, 81, 83, 85-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D I:
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarı elan edildiyi gündən qüvvəyə minir.
3. Qərar 3 gün müddətində “Azərbaycan"" qəzetində dərc edilsin.
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir edilə bilməz.
Sədrlik edən Xanlar Hacıyev