02.11.2026
28–30 oktyabr tarixlərində
Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri Vladan Petrovun dəvəti ilə
Belqrad şəhərində Serbiya Respublikasının Milli Assambleyasında “Serbiya
Respublikası Konstitusiyasının 20 ili” mövzusunda beynəlxalq konfrans
keçirilib. Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakim Rəşid
Rzayev və Aparat rəhbərinin müavini Ziya Qasımov təmsil ediblər.
Tədbirin açılış mərasimində
Serbiya Konstitusiya Məhkəməsinin sədri Vladan Petrov tədbir iştirakçılarını
salamlayaraq konfransın əhəmiyyətini vurğulayıb.
Konfransda Serbiya Ali
Məhkəməsinin sədri Mirolyub Tomiç, İtaliya Konstitusiya Məhkəməsinin sədri
Covanni Amorozo, Venesiya Komissiyasının sədrinin müavini Eyrik Holmyovik,
Dünya Hüquqşünaslar Assosiasiyasının sədri Xavyer Kremades, İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov və konfransın digər iştirakçıları məruzələrlə
çıxış ediblər.
Daha sonra Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev çıxış edərək, sədr Fərhad
Abdullayevin təbriklərini iştirakçıların diqqətinə çatdırıb.
Konfransda konstitusiya
ədalət mühakiməsi və insan hüquqlarının müdafiəsi üzrə geniş müzakirələr və
fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübəyə və müasir yanaşmalara dair məruzələr
dinlənilib.
