Konstitusiya
Məhkəməsi Plenumunda baxılacaq işlərin
CƏDVƏLİ
1.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 32-ci
maddəsinin I və II hissələrinin, 71-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26-cı maddəsinin və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinin
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli
qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi
Qaydaları”nın 6.3, 6.24-6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair müraciəti.
Məhkəmə
iclasının tarixi: 30 oktyabr 2026-cı il
2. Ərizəçi
Əsədov Elçin Asqulu oğlunun Azərbaycan Respublikası Ali
Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarının Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
şikayəti.
Məhkəmə
iclasının tarixi: 10 noyabr 2026-cı il
3.
Bakı Apellyasiya Məhkəməsinin
Azərbaycan Respublikası İnzibati Prosessual
Məcəlləsinin 2.2.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 449.3.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsi və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında
Avropa Konvensiyasının 6-cı maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
müraciəti.
Məhkəmə
iclasının tarixi: 12 noyabr 2026-cı il
4.
Azərbaycan
Respublikasının Prokurorluğunun Azərbaycan
Respublikası Cinayət Məcəlləsində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin
obyektiv əlaməti kimi nəzərdə tutulan “fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurduqda” müddəasında “mühüm zərər”in
yaranmasına və müddət keçdikcə həmin zərərin artmasına səbəb olan ictimai təhlükəli
əməlin bitmə anının müəyyən edilməsi üçün Azərbaycan Respublikası
Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
308.1-ci maddəsi və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə
dair sorğusu.
Məhkəmə
iclasının tarixi: 25 noyabr 2026-cı il