Azərbaycan
Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və
130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
1.
Xanlar Rüstəm oğlu Vəliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimi təyin edilsin.
2.
Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikası
Milli
Məclisinin sədri
Sahibə
Qafarova
Bakı
şəhəri, 11 aprel 2025-ci il