ANA SƏHİFƏ » Tərkib » Kamran Şəfiyev - Hakim

 

Kamran Şəfiyev 

Hakim

 

Kamran Rauf oğlu Şəfiyev 22 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1985-ci ildə Başkir Muxtar Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə  iclasının katibi işləmişdir.

1994-1998-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini  vəzifələrində işləmişdir.

1998- 2008-ci illərdə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin müavini, 2008-2010-cu illərdə  Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir.

1998-2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi seçki komissiyasının üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
Azərbaycan Respublikasında qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası  Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, iki övladı var.

   


___________________________________________