ANA SƏHİFƏ » Tərkib » İsa Nəcəfov - Hakim

 

 

İsa Nəcəfov

Hakim

28 mart 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlan qala kəndində anadan olmuşdur. 1970-1972-ci illərdə Sovet Ordusunda hərbi xidmətdən keçmişdir. 1979-cu ildə Azərbaycan Dovlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildən başlamışdır. Həmin ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq, mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, şöbə prokuroru, idarə prokuroru vəzifələrində çalışmışdır. 1993-cü ildən 1995-ci ilədək Naxçıvan Muxtar Respublikasının Prokuroru, 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini vəzifələrində işləmişdir.

22 mart 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

İki kitab müəllifidir. Yaxın Şərqin və Yunanıstanın tanınmış filosofları: M.T.Siseronun, Platonun, Ə.H.Qəzzalinin, Eynəlgüzad Həmadinin, Əl- Fərabinin, Mənsur Həllacın, Sərrac Tusinin, Əl- Kindinin, İbn-Sinanın və b. ərəb, fars, yunan və rus dilində olan əsərlərinin azərbaycan dilinə tərcümə və nəşr olunmasını təşkil etmişdir.

Ailəlidir, iki övladı var.

 


___________________________________________