Rafael Qvaladze

Hakim

Photo

1 yanvar 1948-ci ildə Gürcüstan Respublikasının Laqodexi şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1971-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsində başlamışdır. Həmin ildən 1985-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində baş məsləhətçi, şöbə rəisi vəzifələrində çalışmışdır. 1985-ci ildən 1990-cı ilə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 1990-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1992-ci ildən 1998-ci ilədək Ali Məhkəmədə şöbə rəisi vəzifəsində işləmişdir.

14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Məhkəmə Hüquq Şurasının üzvüdür.

12 iyul 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2007-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə «Əməkdar hüquqşünas» fəxri adı verilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin 22 iyun 2010-cu il tarixli Qərarı ilə yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2017-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli Sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)» yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı var.