ANA SƏHİFƏ » Tərkib » Ceyhun Qaracayev - Hakim

 

 
Ceyhun Qaracayev

Hakim

  

1965-ci il 20 iyun tarixində Bakı şəhərində anadan olmuşdur.

1982-ci ildə Azərbaycan Respublikası Bakı Şəhər Məhkəməsində iclas katibi vəzifəsindən əmək fəaliyyətini başlamışdır.

1987-ci ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1990-cı ildə Bakı Dövlət Universitetinə keçmiş və 1993-cü ildə həmin universitetin hüquq fakültəsini bitirmişdir. Sonralar elmi-tədqiqat fəaliyyətini Odessa Milli Hüququ Akademiyasının aspiranturasında davam etdirmişdir və bu Akademiyanın Konstitusiya hüququ kafedrasında müəllim vəzifəsində işləmişdir.

1998-ci ildə “İnsan və vətəndaş konstitusiya hüquq və azadlıqları və insan hüquqları üzrə beynəlxalq standartlar (Azərbaycan, Ukrayna və Rusiya ölkələrinin təcrübəsi əsasında)” mövzusunda Konstitusiya hüququ - 12.00.02 ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1999-cu ildən Azərbaycan Respublikasının ali təhsil müəssisələrində Konstitusiya hüququ, İnsan hüquqları fənlərini tədris etmişdir. Hal-hazırda Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasında 0,5 ştat dosent vəzifəsində işləyir. 2006-cı ilin 28 mart tarixində dosent elmi adı alıbdır.

2004-2007-ci illərdə Odessa Milli Hüquq Akademiyasının Konstitusiya hüququ ixtisası üzrə doktoranturasında təhsilini davam etdirmişdir. 

2006-cı ildən Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində ekspert vəzifəsində, 2008-ci ildən isə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir.

2002-ci ildə milli ekspert qismində Azərbaycan Respublikasının hüquq sisteminin “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına uyğunluğu üzrə Milli Hesabatın hazırlanmasında iştirak etmişdir.

Konstitusiya hüququ ixtisası üzrə 80-dən artıq elmi məqalə və tədris materialların müəllifidir.

22 iyun 2010-cu ildə Azərbaycan Respublikası  Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir. İki övladı var.

 


___________________________________________