ANA SƏHİFƏ » Tərkib » Mahir Muradov - Hakim

 

Mahir Muradov

Hakim

 

25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır.  1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.

16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 

Ailəlidir, üç övladı var.