ANA SƏHİFƏ » Tərkib » Bəhman Qəribov istefada olan Hakim (1998-2010)


Bəhman Qəribov

istefada olan Hakim

(1998-2010) 

 

14 fevral 1962-ci ildə Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1982-ci ildə Armavir hüquq texnikumunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini  bitirmişdir.

Əmək fəaliyyətinə 1982-ci ildən başlamışdır. Həmin ildən 1998-ci ilin iyulunadək Saratov vilayətinin sosial təminat şöbəsində müfəttiş, Azərbaycan Hüquqşunaslar İttifaqında dəftərxana müdiri, Azərbaycan Respublikası Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda elmi işçi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik İdarəsinin rəis müavini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsinin rəisi vəzifələrində işləmişdir.

14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikasında qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir. 

Ailəlidir, iki övladı var.

  


___________________________________________