ANA SƏHİFƏ » Tərkib » Eldar Məmmədov istefada olan Hakim (1998-2010)

  

Eldar Məmmədov

istefada olan Hakim

(1998-2010)

 

1961-ci il sentyabr ayının 30-da Özbəkistan Respublikası Surxandərya vilayətinin Denau rayonunda anadan olmuşdur. 1983-cü ildə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə Daşkənd şəhərinin Həmzə rayon prokurorluğunda başlamışdır. 1984-1992-ci illərdə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyində VVAQ şöbəsinin məsləhətçisi, Qanunvericiliyin Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsinin məsləhətçisi, Məhkəmə Orqanları İdarəsinin Cinayət və Mülki işlərin Baxılmasının Təşkili Şöbəsinin rəisi, Kadrlar İdarəsinin rəis müavini və rəis əvəzi, İşlər müdiri və kollegiya üzvü vəzifələrində işləmişdir. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatı Qanunvericilik Məsələləri və Hüquq Ekpertizası Şöbəsinin müdir müavini, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və Hərbi Qanunvericilik Şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Eyni zamanda 1995-1998-ci illərdə MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Məsələləri üzrə Komissiyasının sədri olmuşdur.

14 iyul 1998-ci ildən Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin hakimidir. Həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Hüquq İslahatları Komissiyasının üzvü, «Hüquqi dövlət və Qanun» curnalının Redaksiya Şurasının sədri, Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının Vitse-Prezidenti, Amerika Hüquqşunaslar Assosiasiyasının üzvüdür.

Bilavasitə özü tərəfindən, onun rəhbərliyi altında və ya iştiraki ilə Azərbaycan Respublikasının Milli Məclisində və MDB  iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasında müvafiq olaraq qəbul edilmiş 50-dən artıq qanunvericilik aktlarının və ya model qanunların layihələri hazırlanmışdır. Ölkədə və xaricdə nəşr olunmuş 20-dən çox məqalələrin müəllifidir.

Yüksək peşəkarlığa və qüsursuz əməyinə görə 1991-ci ildə SSRİ Ədliyyə Nazirliyinin «İşdə müvəffəqiyyətlərə görə» fəxri nişanı ilə, 1998-ci ildə isə MDB iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyasının ali mükafatı olan «Xüsusi fərqlənməyə görə» gümüş medalı ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı var.

  


___________________________________________