ANA SƏHİFƏ » Tərkib » Ələddin Sultanov pensiyaya çıxmış Hakim (1998-2010)


 

Ələddin Sultanov 

pensiyaya çıxmış Hakim 

(1998-2010)

 

31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1952-ci ildə başlamışdır. Həmin ildən Bərdə rayon prokurorluğunun müstəntiqi, 1956-cı ildən Bakı şəhəri Voroşılov (Səbail) rayonunun müstəntiqi, 1959-cu ildən Bakı şəhəri prokurorluğunun baş müstəntiqi, 1963-cü ildən Bakı şəhər Oktyabr rayon prokurorunun müavini, 1966-cı ildən Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun prokurorunun müavini, 1967-ci ildən Mingəçevir şəhər prokuroru, 1970-ci ildən Lənkəran rayon prokuroru, 1977-ci ildən Bakı şəhəri Sabunçu rayonun prokuroru, 1979-cu ildən Bakı şəhər prokurorunun müavini, 1980-ci ildən Naxçıvan MSSR Prokuroru, 1981-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, 1987-ci ildən Bakı şəhər prokurorluğunun istintaq şöbəsinin prokuroru vəzifələrində çalışmışdır. Bundan sonra 1987-1998-ci illərdə Azərbaycan Respublikası ədliyyə işçilərinin respublika ixtisasartırma kursunda tədris hissəsinin müdiri, Ədliyyə Nazirliyi Hüquq Kadrlarının Təkmilləşdirilməsi İnstitutunun tədris hissəsinin prorektoru, Naxçıvan MSSR prokurorunun müavini, Azərbaycan Respublikası Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi, Baki Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri və başçının müavini  vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.

14 iyul 1998-ci ildə Respublika Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

SSRİ Baş prokurorunun sərəncamı ilə 1956 və 1978-ci illərdə Xarkov şəhərində prokuror işçilərinin təkmilləşdirmə institutunda təhsil almışdır.

1980-cı ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsinə layiq ğörülmüş, 1982-ci ildə Xalqlar Dostluğu Ordeni ilə təltif edilmiş, 1972-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin fəxri adına  layiq ğörülmüşdür. 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

 

Ailəlidir, dörd övladı var.

 


_______________________________________