ANA SƏHİFƏ » Tərkib » Fikrət Babayev - pensiyaya çıxmış Hakim (1998-2012)

 

 

Fikrət Babayev

pensiyaya çıxmış Hakim

(1998-2012)

1 iyul 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1967-ci ildən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində Daxili İşlər Nazirliyinin müstəntiqi vəzifəsində fəaliyyətə başlamışdır. 1967-ci ildən 1975-ci ilədək Daxili İşlər Nazirliyində müstəntiq, 1975-1978-ci illərdə Daxili İşlər Nazirliyinin şöbə rəisinin müavini, 1978-ci ildən 1981-ci ilədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq şöbəsinin rəisi vəzifəsində, 1992-ci ildən 1998-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləmişdir.

14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikasının qəbul olunmuş bir sıra qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmişdir.

2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur. 
 

 


___________________________________________