2008-12-24 Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasi Konstitusiyasina əlavələr və dəyişikliklər edilməsi haqqinda” referendum akti layihəsinə rəy vermişdir

Новости

2008 Dec

Dekabrın 24-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün Milli Məclisi tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılmışdır. 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin nümayəndələrinin çıxışlarını nəzərə alaraq qərara almışdır ki, “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində göstərilən təkliflər ümumxalq səsverməsinə - referenduma çıxarıla bilər.