İşlər Cədvəli

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi Plenumunda baxılacaq işlərin

CƏDVƏLİ 

  

1.     Ərizəçi Hacıyev Rövşən Əli oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti

Məhkəmə iclasının tarixi: 24 iyun 2021-ci il

 

2.     Ərizəçi Axundov Ramil Zakir oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti

Məhkəmə iclasının tarixi: 24 iyun 2021-ci il

 

3.     Ərizəçi “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Asəf Mehdiyevin  Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti

Məhkəmə iclasının tarixi: 25 iyun 2021-ci il

 

4.     Ərizəçi Məlikova Ayşən Eldəniz qızının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti

Məhkəmə iclasının tarixi: 29 iyun 2021-ci il

 

5.  Balakən Rayon Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinin şərh edilməsinə dair müraciəti.

Məhkəmə iclasının tarixi: 29 iyun 2021-ci il

Balakən Rayon Məhkəməsinin müraciəti

 

6.     Ərizəçi Almaree Wael Sulaimanın Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki  Kollegiyasının 4 fevral 2021-ci il tarixli qərardadının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti

Məhkəmə iclasının tarixi: 1 iyul 2021-ci il

 

7.     Gəncə Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin    74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40 və 305-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 125 və 127-ci maddələri və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi baxımından şərh edilməsinə dair müraciəti.

Məhkəmə iclasının tarixi: 2 iyul 2021-ci il 

Gəncə Apellyasiya Məhkəməsinin müraciəti

 

8.     Sumqayıt Şəhər Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci və 135.2-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə  şərh edilməsinə dair müraciəti.

Məhkəmə iclasının tarixi: 13 iyul 2021-ci il

Sumqayıt Şəhər Məhkəməsinin müraciəti