ANA SƏHİFƏ » 2001-10-30 Konstitusiya Məhkəməsinin Sədri Xanlar Hacıyev Almaniya Federativ Respublikası Bundestaqının nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri X.Hacıyev 30 oktyabr 2001-ci il tarixdə x-m Krista Lörxer, d-r İnqard Şvaetzer, c-b Helmut Vilhelm, x-m Marina Bernhardtın daxil olduğu Almaniya Federativ Respublikası Bundestaqının nümayəndə heyətini qəbul etmişdir. Görüşdə X. Hacıyev nümayəndə heyətinə «Konstitusiya Məhkəməsi haqqında» Qanunun yeni layihəsi və vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etməsi prosedurası haqqında məlumat vermişdir. Görüş zamanı məhkəmələrin müstəqilliyi və «Ombudsman haqqında» Konstitusiya Qanununun qəbul edilməsinə dair məsələlər müzakirə olunmuşdur.