ANA SƏHİFƏ » 2009-10-21 Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı Sədrlərinin görüşündə iştiraki

 


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti cari il oktyabr ayının 14-dən 16-dək Rumıniya Respublikası Konstitusiya Məhkəməsinin sədri İon Vidanın dəvətəi ilə Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatı Sədrlərinin görüşündə iştirak etmək üçün Buxarest şəhərində işgüzar səfərdə olmuşdur.

Rumıniya Prezidenti Troyan Besesku tədbiri açaraq qonaqları salamlamış, Avropa Konstitusiya məhkəmələri arasında beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirmişdir. Rumıniya dövlətinin başçısı bu əməkdaşlığın məhkəmə praktikasının daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir. 

Sonra iclasda Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının növbəti XV Konqresində müzakirə olunacaq vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ, Konstitusiya ədalət mühakiməsi sisteminin inkişafı və məhkəmə qərarlarının icrası məsələləri müzakirə edilmişdir. Həmçinin müzakirə olunan mövzulardan biri Dünya Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının Nizamnaməsinin layihəsi olmuşdur. 

Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində olmuş, Buxarestin mərkəzində yerləşən və ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə əklil qoymuşdur.