ANA SƏHİFƏ » 2009-10-05 Azərbaycan Ankarada keçirilən Avropa Konstitusiya Məhkəmələri Baş Katiblərinin 4-cü Konfransinda təmsil olunur

Ankarada Qanun yolu ilə Demokratiya naminə Avropa Şurası Venesiya Komissiyası və Türkiyənin Konstitusiya Məhkəməsinin birgə təşkil etdikləri Avropa Konstitusiya Məhkəmələri baş katiblərinin 4-cü konfransı keçirilmişdir. 

Konfransda ölkəmizi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Tural Aslanov təmsil etmişdir. 

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç konfransı giriş sözü ilə açaraq qonaqları salamlamış və bu cür tədbirlərin Avropa Şurasına üzv ölkələrin konstitusiya məhkəmələri arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətindən bəhs etmişdir. 

Avropa Şurası Venesiya Komissiyasının təmsilçisi xanım Tanya Qervien konfransın proqramını açıqlamışdır. Türkiyə Konstitusiya Məhkəməsinin baş katibi Oğuz Kaya, Almaniya Konstitusiya Məhkəməsinin baş katibi Elke Luiza Barnşteydt, Avropa İcmaları Ədalət Məhkəməsinin sədri Roger Qrass və digər natiqlər məruzələrlə çıxış etmişlər.

Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.