ANA SƏHİFƏ » 2007-11-16 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İranın Azərbaycandakı səfiri Nasir Zare ilə görüşmüşdür

Azərbaycan ilə İran arasında tarixən mövcud olan dostluq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulayan Fərhad Abdullayev ölkəmizdə Konstitusiya ədalət mühakiməsinin qanunvericilik aktları barədə qonağa ətraflı məlumat vermişdir. F.Abdullayev bildirmişdir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin, həmçinin inkişaf etmiş ölkələrin konstitusiya məhkəmələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir.

Müxtəlif sahələrdə səmərəli əməkdaşlığın ölkələrimizin mənafelərinə xidmət etdiyini bildirən sədr, ikitərəfli münasibətlərin genişlənməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir. 

Əlaqələrimizin tarixi və iqtisadi cəhətlərindən danışan səfir N.H.Zare səmərəli hüquqi əməkdaşlığın digər sahələrə də müsbət təsirini qeyd etmiş, münasibətlərin daha da genişləndirilməsi ilə bağlı fikirlərini söyləmişdir.