ANA SƏHİFƏ » 2007-09-22 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Almaniyada rəsmi səfərdə olmuşdur

Bundan sonra nümayəndə heyəti Federal Ali Məhkəmə tərəfindən qəbul edilmişdir. Görüşün əsas müzakirə predmeti məhkəmə sistemi haqqında ətraflı məlumat, Federal Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əlaqələr, vəkillərin Ali Məhkəmədəki məhkəmə proseslərində iştirakı və digər məsələlər olmuşdur. 

Səfər çərçivəsində, həmçinin Bundestaqda görüş keçirilmişdir. Almaniyanın Cənubi Qafqazın parlament qrupunun iştirakı ilə görüşdə, Azərbaycan və ümumiyyətlə, Qafqazın Avropa üçün həm siyasi, həm iqtisadi cəhətdən əməkdaşlığının vacibliyi məsələləri qeyd olunmuş, Parlamentin Aşağı Palatasında müzakirə olunan hüquqi məsələlər işıqlandırılmışdır.

Daha sonra, Federal Prezident Administrasiyasında federal prezidentin səlahiyyətləri, icra hakimiyyətinin strukturu və ümumiyyətlə, məhkəmə və qanunverici hakimiyyət ilə qarşılıqlı əlaqələri müzakirə olunmuşdur.

Ədliyyə Nazirliyində keçirilmiş görüşdə isə əsasən ədliyyə sisteminin təfsiri, Federal Konstitusiya Məhkəməsi və digər torpaq məhkəməsi ilə əlaqələr məsələlərinə toxunulmuşdur.

Səfərin son günündə isə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətində Berlin şəhərinin hakimləri və vəkillərin iştirakı ilə «Konstitusiya Məhkəməsi tərəfindən insan hüquq və azadlıqların təmin olunması» mövzusunda Dəyirmi Masa keçirilmişdir.