ANA SƏHİFƏ » 2019-04-19 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

18 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası  keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş N.Tahirovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayət üzrə işə Konstitusiya Məhkəməsi Plenumunun may ayının 15-nə təyin edilmiş iclasında baxılacaq.