ANA SƏHİFƏ » 2018-12-18 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini Sona Salmanova Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş Beynəlxalq Konfransda iştirak edib

Dekabr ayının 13-dən 17-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini Sona Salmanova Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Qanunun aliliyinin və əsas hüquqlarının qorunması sahəsində yüksək məhkəmə orqanlarının rolu” mövzusunda keçirilən Beynəlxalq Konfransda iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərində səfərdə olmuşdur.

Dekabr ayının 14-də İslam Əməkdaşlıq Təşkilatına üzv/müşahidəçi dövlətlərin bir sıra Konstitusiya və Ali Məhkəmələri nümayəndələrinin iştirakı ilə keçirilmiş Beynəlxalq Konfransda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan və Konstitusiya Məhkəməsinin Sədri Zühtü Arslan açılış nitqi söyləmişlər.

Tədbirdə konstitusiya ədalət mühakiməsi sahəsində bir sıra məsələlərə dair çıxışlar dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.