ANA SƏHİFƏ » 2006-09-26 Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasiliy İstratovu qəbul etmişdir

Daha sonra sədr F.Abdullayev noyabr ayında Avropa Şurası Venesiya Komissiyası ilə birlikdə Bakıda cari ilin noyabr ayında keçiriləcək konfransda iştirak etmək üçün Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədrinə ünvanladığı rəsmi dəvət məktubunu səfirə təqdim etmişdir. 

Səfir Vasiliy İstratov öz növbəsində vaxt tapıb onu qəbul etdiyinə görə məhkəmə sədrinə təşəkkür etmiş, Azərbaycanın demək olar ki, bütün sahələrdə böyük uğurlar qazandığını vurğulayaraq, ölkəmizdə baş verən inkişafın onda dərin təəssüratlar yaratdığını bildirmişdir. O, iki ölkənin konstitusiya nəzarəti orqanları arasında mövcud olan əlaqələrin isə bundan sonra da genişlənəcəyini söyləmişdir.

Görüş zamanı noyabr ayında keçiriləcək konfransla bağlı digər məsələlər də müzakirə edilmişdir.