ANA SƏHİFƏ » 2017-02-04 S.C.Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

S.C.Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Cəmşid qızı Həsənovaya “Əməkdar hüquqşünas” fəxri adı verilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2017-ci il.