ANA SƏHİFƏ » 2011-08-01 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanovanın Sofiya şəhərinə səfəri

2011-ci ilin 29-30 iyul tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş “Konstitusiya nəzarətinin müasir və klassik tendesiyaları mövzusunda Sofiya şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir.

Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ümumi yurisdiksiyaları məhkəmələri arasında əlaqələrin müasir tendensiyaları” mövzusunda məruzə ilə çıxış etmişdir.

Yubiley tədbirində konstitusiya ədalət mühakimə sisteminin inkişafı, və Avropa ölkələri konstitusiya nəzarəti orqanlarının təcrübəsi barəsində məruzələr dinlənilmiş və konstitusiya nəzarəti orqanlarının inkişafında yeni tendensiyaların rolu barəsində müzakirələr aparılmışdır.