ANA SƏHİFƏ » 2007-01-24 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanovanın Strasburq şəhərinə səfəri

2007-ci ilin 16-23 yanvar tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədr müavini xanım Sona Salmanova İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təşkil etdiyi “Beynəlxalq hüquqla konstitusiya hüququ arasında qarşılıqlı əlaqələr” mövzusuna həsr olunan Avropa ölkələrinin yüksək məhkəmə orqanlarının hakimlərinin ənənəvi iclasında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yeni məhkəmə ilinin açılışında iştirak etmək üçün Strasburq şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində  İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və konstitusiya nəzarəti orqanlarının hakimləri ilə görüşlər keçirmişdir.