ANA SƏHİFƏ » 2008-11-21 Konstitusiya Məhkəməsi əməkdaşlarının Tbilisidə keçirilmiş “Cənubi Qafqazda qanunun aliliyi və ədalət məhkəməsi - hüquqşünas peşəsinin nailiyyətləri və çətinlikləri” mövzusunda Konfransda iştirakı

Noyabrın 19-20 tarixlərində Tbilisi şəhərində Avropa Şurasının təşkilatçılığı ilə “Cənubi Qafqazda qanunun aliliyi və ədalət məhkəməsi-hüquqşünas peşəsinin nailiyyətləri və çətinlikləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Həmin Konfransda Konstitusiya Məhkəməsini İnsan hüquqları və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Müsəddiq Məmmədov və Beynəlxalq hüquq şöbəsinin müdiri Anar Hacızadə təmsil etmişdirlər. Bu tədbirdə Cənubi Qafqaz ölkələrinin ədliyyə, məhkəmə, Ombudsman, vəkillər və insan hüquqlarıının müdafiəsi sahəsdindfə ixtisaslaşmış qeyri-hökumət və hökumət təşkilatlarının nümayəndələri, həmçinin Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio, İsveç Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzrə baş direktoru Karl-Henrik Eksrenkrona, ATƏT-in Gürcüstandakı missiyası başçısının müavini Qotfried Hanne və digər nümayəndələr iştirak etmişlər. Həmçinin tədbirdə Azərbaycanın Respublikasının Gürcüstandakı Səfiri Namiq Əliyev də iştirak etmişdir.

Konfrans iştirakçıları belə bir tədbirin keçirilməsini həm təcrübə mübadiləsi, həm də hüquq sahəsində islahatların gedişi və gələcək fəaliyyət planları ilə tanışlıq baxımından mühüm əhəmiyyətini vurğuladılar.

Məruzəçilər öz ölkələrində həyata keçirilən məhkəmə islahatları barədə ətraflı məlumat verdilər. Beynəlxalq təşkilatların nümayəndələri öz növbəsində Cənubi Qafqaz dövlətlərində aparılan məhkəmə islahatlara münasibətlərini bildirdilər.