ANA SƏHİFƏ » 2007-12-07 Tehranda İslam Konfransı Təşkilatına üzv ölkələrin məhkəmə orqanları rəhbərlərinin iclası keçirilmişdir

Dekabrın 4-6-da Tehranda İslam Konfransı Təşkilatına üzv ölkələrin məhkəmə orqanları rəhbərlərinin iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasını Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Tədbirdə çıxış edən Fərhad Abdullayev əminliklə demişdir ki, aparılan fikir mübadiləsi təşkilata üzv ölkələr və məhkəmə orqanları arasında hüquqi əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir. 

Fərhad Abdullayev iclas çərçivəsində İran rəsmləri ilə keçirdiyi görüşlərdə müstəqillik əldə olunduqdan sonra Azərbaycan Respublikasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlığının qorunmasının əsas prinsiplər kimi bəyan edildiyini diqqətə çatdıraraq bildirmişdir ki, ölkəmizdə vətəndaşların sosial rifahının və təhlükəsizliyinin təmin olunması, insanlar arasında hər cür ayrı-seçkiliyin qadağan edilməsi kimi mühüm məsələlər birmənalı şəkildə ortaya qoyulmuşdur. 

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinecad iclasda çıxış etmiş, İİR-in ali rəhbəri Seyid Əli Xamenei nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir. 

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov iclasda və görüşdə iştirak etmişdir.