ANA SƏHİFƏ » 2008-02-02 Konstitusiya Məhkəməsi Aparatının illik fəaliyyəti ilə bağlı hesabatların dinlənməsinə dair iclas keçirilmişdir

 


2008-ci il fevralın 1-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının illik fəaliyyəti ilə bağlı hesabatların dinlənməsinə dair iclas keçirilmişdir.İclası giriş sözü ilə açan sədr F.Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar və qərardadlara toxunaraq demişdir ki, Məhkəmə Aparatının əməkdaşları qərar layihələrinin hazırlanmasında hakimlərə hüquqi yardım göstərilməsində fəal olmalıdırlar.

Şöbələr tərəfindən təqdim edilmiş hesabatlarda Konstitusiya Məkəməsinə daxil olmuş 1715 şikayətin daxil olduğu diqqətə çatdırılmış, həmin şikayətlərlə bağlı Konstitsusiya Məhkəməsi əməkdaşlarının vətəndaşlarla apardığı işlərə, hakimlər üçün müvafiq materialların hazırlanmasına toxunulmuşdur.İclasda, həmçinin Konstitusiya Məhkəməsinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı gördüyü işlərə dair müvafiq məlumatlar dinlənilmişdir. Qeyd edilmişdir ki, beynəlxalq əməkdaşlıq xarici ölkələrin məhkəmə-hüquq təcrübəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin praktikasında tətbiq etməyə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları ilə operativ şəkildə tanış olmağa imkan yaradır.İclasa yekun vuran F.Abdullayev qeyd etmişdir ki, aparılmış analitik təhlilə görə, son illər subyektlər öz hüquqlarından istifadə etmədiklərindən Konstitusiya Məhkəməsinə təqdim olunan sorğuların sayı kəskin şəkildə azalmışdır. İnsan Hüqüqları üzrə Avropa Məhkəməsinin, Almaniya, Türkiyə, Rusiya, İtaliya, ABŞ və digər xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının təcrübəsinin öyrənilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyin obyektivliyinə töhfə verə bilər.Qeyd edilmişdir ki, 2008-ci il iyulun 14-də Konstistusiya Məhkəməsinin 10 illik yubileyinin qeyd olunması ilə bağlı bir sıra xarici ölkələrin Konstitusiya və Ali Məhkəmələrinin Sədr və hakimlərinin iştirakı ilə Bakıda beynəlxalq konfransın keçirilməsi nəzərə tutulur.Sonda Konstistusiya Məhkəməsinin şöbə və bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.