ANA SƏHİFƏ » 2010-11-29 Azərbaycan ilə Fransa arasında Konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Noyabrın 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin binasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda rəsmi səfərdə olan Paris Yuxarı İnstansiya Məhkəməsinin prokuror müavini xanım Fransauz Gilyon ilə görüşmüşdür.

Görüşdə 2010-cu il iyunun 22-də qəbul edilmiş və Azərbaycan Prezidentinin 2010-cu il 1 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun əsas prinsipləri və implementasiyası haqqında fikir mübadiləsi aparılmışdır. 

F.Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlarda Azərbaycan Respublikasının Konstitusiyasından, qanunvericiliyindən və tərəfdar çıxdığı beynəlxalq sənədlərdən irəli gələn gender bərabərliyi prinsipini daim tətbiq etməsi ilə bağlı qonaqlara məlumat vermişdir. 

Xanım Fransauz Gilyon bu sahədə Fransa təcrübəsindən danışmışdır. 

Görüşdə, həmçinin konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.