ANA SƏHİFƏ » 2012-05-18 Azərbaycan və Koreya respublikaları Konstitusiya məhkəmələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaqdır

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Kanq-Kuk Linin dəvəti ilə mayın 19-dan 24-dək Seul şəhərində rəsmi səfərdə olacaqdır.

Səfərin əsas məqsədi Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak etməkdir.

Səfər çərçivəsində, həmçinin Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələrin aparılması nəzərdə tutulmuşdur.