ANA SƏHİFƏ » 2011-10-03 Azərbaycan və İndoneziya arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Sentyabrın 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İndoneziyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Aqus Trimartono ilə görüşmüşdür.

Görüşdə A.Trimartono İndoneziya Konstitusiya Məhkəməsinin sədri Mohammad Mahfudun və onun müavini xanım Maria Farida İndratinin oktyabrın 19-21-də Bakıya rəsmi səfər edəcəyi barədə məlumat vermişdir. 
F.Abdullayev indoneziyalı həmkarlarının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün rəsmi qeyd olunacağı günlərdə Bakıya səfərlərinin ölkələrimiz arasındakı məhkəmə-hüquq əməkdaşlığının inkişafına xidmət edəcəyini vurğulamışdır. Həmçinin bildirilmişdir ki, nəzərdə tutulan səfər İndoneziyanın yüksək məhkəmə orqanının rəhbərliyinə Azərbaycanda bütün sahələrdə müşahidə edilən sürətli inkişaf ilə tanış olmağa imkan yaradacaqdır.