ANA SƏHİFƏ » 2011-05-03 Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin Slovakiya Respublikasına səfəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Slovakiya Respublikası  Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Matsejkovanın dəvəti ilə cari ilin aprel ayının 26-dan 29-dək Slovakiyada rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində Slovakiya Parlamentinin sədri İnsan Hüquqları üzrə Səlahiyyətli Müvəkkili (Ombudsman), Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə görüşlər keçirilmiş, nümayəndə heyəti dövlət başçısı tərəfindən qəbul edilmişdir. 
Parlamentin sədri cənab Rixard Suliklə görüş zamanı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Parlamentlə Konstitusiya Məhkəməsi arasında qarşılıqlı əlaqələr, qəbul olunan qanunların Konstitusiyaya uyğunlaşdırılması və məhkəmə-hüquq  islahatları müzakirə edilmişdir.
Slovakiyanın Ombudsmanı cənab Pavel Kandraçla Ombudsmanın Konstitusiyada  təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsı ilə bağlı Konstitusiya Məhkəməsinə göndərdiyi  sorğulara toxunulmuşdur.