ANA SƏHİFƏ » 2011-02-23 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində görüş

Fevralın 22-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkəmizdə məhkəmə və hüquq islahatlarının dəstəklənməsi layihəsinin rəhbəri Tomas Melser və Cənubi Qafqazda hüquq və ədliyyə islahatları proqramının rəhbəri Zeno Raixenbexer ilə görüşmüşdür.

Görüşdə GİZ vasitəsilə ölkələrimiz arasında məhkəmə-hüquq əməkdaşlığına, əlaqələrin mövcud və gələcək inkişafına dair məsələlər müzakirə edilmişdir.