ANA SƏHİFƏ » 2011-01-25 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti konstitusiya məhkəmələrinin Braziliyada keçirilən II Dünya Konqresində iştirak etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Braziliya Federal Ali Məhkəməsinin sədri Antonio Sezar Peluzonun dəvəti ilə yanvarın 16-dan 19-dək Rio-de Janeyro şəhərində konstitusiya məhkəmələrinin II Dünya Konqresində iştirak etmişdir.

Braziliyanın Federal Ali Məhkəməsi ilə Avropa Şurası Venesiya Komissiyasının birgə keçirdiyi Konqresi açan Braziliyanın vitse-prezidenti Mişel Telmar iştirakçıları salamlamış, konstitusiya məhkəmələri arasında beynəlxalq məhkəmə-hüquq əməkdaşlığının vacibliyini qeyd etmişdir. 
Sonra Konqres öz işinə başlamış, hakimlərin müstəqilliyi və qərəzsizliyi, məhkəmə icraatı çərçivəsində insan hüquqları, konstitusiya şikayəti və digər məsələlər müzakirə edilmişdir.