ANA SƏHİFƏ » 2010-11-08 Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş konfrans

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) ilə birlikdə Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya mexanizmləri” mövzusunda konfrans keçirəcəkdir.

Tədbirdə bir sıra xarici ölkələrin konstitusiya məhkəmələrinin sədr və hakimləri, habelə Azərbaycan Respublikasının dövlət qurumlarının və hüquq ictimaiyyətinin nümayandələri iştirak edəcəklər. 

Konfrans 2010-cu il noyabrın 12-də  saat 10:00-da Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında keçiriləcəkdir.