ANA SƏHİFƏ » 2009-11-13 Konstitusiya Məhkəməsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarini ziyarət etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın 12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyanın müəllifi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.