ANA SƏHİFƏ » 2004-06-05 Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Makedoniya Respublikasının Konstitusitya Məhkəməsinin 40 illiyinə həsr olunmuş konıransda iştirak etmişdir

2-5 iyun 2004-cü ildə Skopye (Makedoniya) şəhərində Makedoniya Konstitusiya Məhkəməsi və Avropa Şurasının Venesiya Komissiyasının birgə əməkdaşlığı ilə “Konstitusiya müdafiəsi: işin cari vəziyyəti və perspektivləri” mövzusunda Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin 40 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev Makedoniya Respublikasının Konstitusitya Məhkəməsi dəvəti ilə konıransda iştirak etmişdir.

Konfransda Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Almaniya, Macarıstan, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, Türkiyə və digər ölkələrin Konstitusiya Məhkəmələrinin Sədrləri və hakimləri iştirak etmişlər. Tədbirdə Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi; Fransada Konstitusiya mühakiməsi – cari vəziyyət və perspektivlər; konstitusion məhkəmə müdafiəsində – həlledici faktor; Azərbaycanda konstitusiya nəzarəti sisteminin yaranması və inkişafı; Avropa Şurası Konstitusiyasının layihəsində əsas hüquqlar, mövzularında məruzələr dinlənilmişdir.