ANA SƏHİFƏ » 2007-09-13 Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova Avropa Şurasının «Milli azlıqların müdafiəsi haqqında» Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndələri ilə görüşmüşdür

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze ölkəmizdə milli azlıqların, etnik qrupların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər barədə danışaraq, Konstitusiya Məhkəməsinin 9 hakimindən biri- milliyətcə gürcü olduğunu, bu mötəbər qurumda azərbaycanlılarla birlikdə rus, ləzgi, avar, tatar millətindən olan məsul işçilərin də çalışdığını vurğulamışdır. O, tarix boyu Azərbaycan xalqının öz tolerantlığı ilə nümunə olduğunu, Bakıda kilsə, sinaqoq və məscidlərin eyni hüquqlarla azad fəaliyyət göstərdiyini bildirmişdir. 

İndiyədək Konstitusiya Məhkəməsinə milli azlıq nümayəndələrindən kiminsə huquqların pozulması barədə müraciət, şikayət daxil olmadığı da nümayəndə heyətinin nəzərinə çatdırılmışdır.

Sonra nümayəndə heyətinin rəhbəri, avstriyalı hüquqşünas Cozef Mark və digər qonaqlar ölkəmizdə keçirdikləri görüşlərdə milli azlıqların hüquqlarının qorunması ilə bağlı real vəziyyət barədə ətraflı məlumat aldıqlarını bildirmişlər.

Avropa ölkələrini təmsil edən hüquqşünas və ekspertləri maraqlandıran suallar cavablandırılmışdır.