ANA SƏHİFƏ » 2006-06-01 Uşaqları beynəlxalq müdafiə günü münasibətilə

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qrup əməkdaşı 1 iyun – Uşaqları beynəlxalq müdafiə günü ərəfəsində Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində uşaqlar üçün 3 nömrəli internat evində olmuşdur. Qonaqların gəlişi internat evinin sakinlərində dərin razılıq hissi doğurmuşdur. Konstitusiya Məhkəməsinin kollektivi adından internat evinə «Beko» markalı paltaryuyan maşın və xeyli bayram sovqatı hədiyyə edilmişdir.İnternat evində təlim-tərbiyə işlərinin vəziyyəti və məişət şəraiti ilə yaxından tanış olan qonaqlar uşaqları Konstitusiya Məhkəmsinin rəhbərliyi və kollektivi adından bayram münasibətilə təbrik etmiş, diqqət və qayğını onlardan əsirgəməyəcəklərini bildirmişlər.